Ukraynada daha bir mer qaçırıldı

13:48 - 13 Mart 2022 - DÜNYA

Rusiya ordusu Zaporojye vilayətinin daha bir şəhərinin merini qaçırıblar. 

Bu dəfə - Dneprorudnı şəhərinin meri Yevgeni Matveyev qaçırılıb.

Bu barədə Zaporojye vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Staruxa özünü “Facebook” səhifəsində  məlumat yayıb. 

Xatırladaq ki, bu həftə Rusiya hərbçiləri Melitopolun meri İfan Fyodorovu da qaçıraraq bir neçə gündən sonra sərbəst buraxmışdılar. 

Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin ölkənin xüsusi xidmət orqanlarının Fyodorovun azad edilməsi üçün çalışdıqlarını bildirib.///lent.az

Xəbər xətti