Ukraynada Rusiyanın daha iki helikopteri vuruldu

22:33 - 12 Mart 2022 - DÜNYA

Ukraynanın Xerson vilayətində Rusiyanın iki helikopteri vurulub. Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus helikopterləri Xerson vilayətinin Skadovski rayonu səmasında zərərsizləşdirib. Helikopterin birinin pilotu ölüb, digərinki isə yaralı halda əsir götürülüb və xəstəxanaya aparılıb. Məlumata görə, Rusiya aviasiyasının bu günə qədər 140-dan çox texnikası sıradan çıxarılıb.

Xəbər xətti