Samuxda 61 yaşlı kişini avtomobil vuraraq öldürüb

22:09 - 12 Mart 2022 - HADİSƏ

Samuxda piyadanın ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011"markalı minik maşını yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Cavanşir Məmmədovu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır

Xəbər xətti