Azərbaycanlı iş adamı Ukraynada SAXLANILDI - FOTO

19:50 - 12 Mart 2022 - DÜNYA

Ukrayna Təhlükəsizlik Xidməti Qərbi Ukraynada iş adamı Vaqif Əliyevi saxlayıb. 

Bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski məlumat verib.

Deputatın sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsi Əliyevi Zakarpatiyada saxlayıb.

Qeyd olunur ki, Əliyev ukraynalı iş adamı Dmitri Firtaş və “Müxalifət Platforması - Həyat naminə” partiyasından deputat Vadim Stoların şəriki hesab olunur.

 


Xəbər xətti