AZAL-dan Bakı - İstanbul reysi ilə bağlı XƏBƏRDARLIQ

18:37 - 12 Mart 2022 - Cəmiyyət

Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün, martın 12 üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

Bu barədə  “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Ləğv edilmiş reysin sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər.

Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli "Airbus 340" təyyarəsindən istifadə ediləcək.

 

Xəbər xətti