Tanınmış jurnalist REAL FM radiosuna direktor təyin olundu

17:59 - 12 Mart 2022 - Xəbər

Tanınmış jurnalist Kəmalə Onur REAL FM radiosuna direktor təyin olunub.

Bu barədə o, özünün feysbuk səhifəsində məlumat paylaşıb.

K.Onur qeyd edib ki, ən yaxın zamanda yayıma başlayacaq REAL FM-in direktoru vəzifəsinə təyin edilib: "Həmçinin artıq gələn həftədən etibarən REAL TV-də "Redaktor" verilişinin aparıcısı olaraq efirə çıxacağam".

Qeyd edək ki, tanınmış aparıcı bundan əvvəl isə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi vəzifəsində işləyib.///report

Xəbər xətti