Bakıda 4 nəfər kişini döyüb QARƏT ETDİLƏR

17:21 - 12 Mart 2022 - HADİSƏ

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə martın 11-də 4 nəfərin rayon ərazisində yaşayan R.Veyisovu döyərək 40 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri B.Kərimov, N.Novruzov, Ə.Kazımov və R.İbrahimzadə müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti