Pensiyaların ödəniləcəyi tarix açıqlandı

16:04 - 12 Mart 2022 - HADİSƏ

Ölkə üzrə pensiyaların martın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Ucnoqta.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Xatırladaq ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən qulluq stajına görə tətbiq olunan pensiya artımının yanvar, fevral ayları üçün olan artımı mart ayının pensiyası ilə birgə ödəniləcək.

Xəbər xətti