Biləsuvarda transformatorda qəza - iki kənd işıqsız qaldı

10:57 - 12 Mart 2022 - HADİSƏ

Biləsuvar rayonunun iki kəndi elektrik enerjisiz qalıb.

"Report"un məlumatına görə, ötən gün axşam saatlarından etibarən rayonun Nərimankənd və Səmədabad kəndlərində hazırda elektirik enerjisi yoxdur.

Biləsuvar Elektrik Şəbəkəsindən bildirilib ki, Nərimankəndin elektrik transformatorunda qəza baş verib.

Qeyd olunub ki, bu kəndərin elektrik təminatı daşıyıcısı xətti eynidir. Yaranmış qəza ilə əlaqədar xətt gərginlikdən ayrılıb. Qəzanın aradan qaldırılması üçün işlər aparılır, yaxın vaxtlarda işlər tamamlanaraq, kəndlərin elektrik enerjisi bərpa olunacaq.

Xəbər xətti