Narkotik satan keçmiş məhkum saxlanıldı - FOTO

10:15 - 12 Mart 2022 - HADİSƏ

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Yuxarı Ləki kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Əhmədiyə Qafarov tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə keçirilən baxış zamanı sellofan torbada 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Ə.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Xəbər xətti