“YouTube” Rusiya mediasının kanallarını bloklayır

22:47 - 11 Mart 2022 - DÜNYA

ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti Rusiya dövləti tərəfindən maliyyələşdirilən media hesablarını bloklamağa başlayıb.

Bu barədə videohostinqin tviter səhifəsində yerləşdirilən bəyanatında deyilir.

“Biz həmçinin Rusiya dövləti tərəfindən maliyyələşdirilən media ilə əlaqəli YouTube kanallarına bütün dünyada girişi əngəlləyirik. Bu dəyişiklik dərhal qüvvəyə minir. Sistemlərimizin bunu tam şəkildə həyata keçirməsi üçün vaxt lazımdır”, - deyə məlumatda vurğulanıb

“YouTube” Rusiyadakı platformasında da bütün monetizasiya üsullarını dayandırıb.

Qeyd edək ki, Ukraynada davam edən müharibə ilə əlaqədar bütün Avropada “RT” və “Sputnik”in “YouTube” kanalları bağlanıb.///report

Xəbər xətti