Salyanda yanğın olub, ölən var

21:54 - 11 Mart 2022 - HADİSƏ

Salyan rayonunda yanğın baş verib. "Report"un məlumatına görə, hadisə “Salyan qida məhsulları İstehsalat Kommersiya Şirkəti” MMC-nin ərazisində qeydə alınıb. Belə ki, şirkətin ərazisində istifadəyə yararsız taxta yeşiklər və tullantılar yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın baş verən ərazidən təxminən 10 metr kənarda 1996-cı il təvəllüdlü Yarıyev Nahid Camal oğlunun meyiti aşkar edilib. İlkin məlumata görə, o, elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti