Biləsuvarda sürücü bədbəxt hadisə nəticəsində öldü

21:38 - 11 Mart 2022 - HADİSƏ

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Hadisə Biləsuvar- Bəhramtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol kənarında dayanan yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsindən düşərək, ondan qarşıda dayanan, digər yük avtomobilinin sürücüsünə avtomobilini geriyə doğru hərəkət etdirmək istiqaməti verib. Nəticədə geriyə hərəkətdə olan yük avtomobilinin əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü, Şamaxı rayonu sakini, Nuriyev Cabir Əlişah oğlu iki yük avtomobilinin arasında qalaraq, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti