Rusiyada İnstaqrama giriş bloklandı

19:41 - 11 Mart 2022 - Xəbər

Rusiya Baş Prokurorluğu İnstaqrama girişin məhdudlaşdırılması ilə bağlı “Roskomnadzor”a sorğu göndərib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, “Meta”nın ekstremist təşkilat kimi tanınması və onun Rusiyada fəaliyyətinin qadağan edilməsi ilə bağlı prosedur da başladıla bilər.

"Roskomnadzor" rusiyalılara qarşı zorakılıq çağırışlarına görə, Rusiya ərazisində İnstaqram sosial şəbəkəsinə girişi məhdudlaşdırıb.

Xəbər xətti