Dünən Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Ukrayna və Ukrayna ətrafında baş verən hadisələr barəsində də müzakirələr aparılıb. Azərbaycan və Türkiyə həmişə sülhün və barışın tərəfdarıdır.
Ucnoqta.az- xəbər verir ki, bunu Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Real TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, dövlət başçıları da bu müharibənin dayandırılması istiqamətində beynəlxalq platformalarda və ikitərəfli əsasda olan bütün fürsətlərdən istifadə edirlər.