Rusiyanın Ukraynaya hücumu zamanı hərbi texnikanının üzərində “Z” işarəsi dünya ictimaiyyətinin diqqətini cəlb edib və bunun mənasını açmağa çalışıb. Bir çoxları bunu Ukrayna prezidenti Vladimir Zelenskiyə və xalqa qarşı bir psixoloji təzyiq vasitəsi kimi istifadə ediblər. Lakin Ukrayna müharibəsindən bir həftə sonra Suriyadakı rus hərbi texnikasının üzərində “Z” işarələri görünməyə başlayıb. Ona görə də digər qisim ekspertlər bunu daha çox Putinə dəstək mənasında yozurlar.
Bununla bağlı “haber7”yə açıqlama verən Taha Dağlı “Z” işarəsinin sirli məqamlarını açıqlayıb.
Onun sözlərinə görə, bu daha çox iki məna daşıyır: “Birincisi, Putini dəstəkləmək. Çünki “Z” işarəsinin son vaxtlarda beynəlxalq idman yarışlarında rusiyalı idmançıların geyimində də görməkdəyik. Putinə dəstək verənlər geyimlərinin üzərinə “Z” işarəsi vururlar.
Suriyadakı hərbi texnika üzərində “Z” işarəsinin peyda olması isə ikinci bir məna kəsb edir. Putin və Rusiyanın Qərbə əzələ nümayişidir. Çünki Suriyada bu texnikalar daha çox ABŞ hərbçilərin olduğu Münbiş ərazisində görünməkdədir. Bu isə Rusiyanın Qərbə mesajı kimi izah olunur”,- Taha Dağlı deyib.///olke.az