“Instagram” Rusiyada qadağan edilə bilər

17:24 - 11 Mart 2022 - DÜNYA

Rusiya Baş Prokurorluğu “Instagram”a girişin məhdudlaşdırılması ilə bağlı Roskomnadzor-a sorğu göndərib.

Qurum həmçinin məhkəmədən “Meta”nın ekstremist təşkilat kimi tanınmasını və onun Rusiyada fəaliyyətinin qadağan edilməsini xahiş edib.

Öz növbəsində, İstintaq Komitəsi Rusiya Silahlı Qüvvələrinə qarşı zorakılıq çağırışlarına icazə verən şirkətin siyasətinə görə iki maddə ilə cinayət işi açıb.///apa

Xəbər xətti