Ukrayna Təhlükəsizlik Xidmətinin binası raketlə vuruldu

12:00 - 11 Mart 2022 - DÜNYA

Rusiya ordusu Xarkov yaxınlığında Ukrayna Təhlükəsizlik Xidmətinin binasını raketlə vurub.  

 Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Çuqev şəhərində yerləşən Ukrayna Təhlükəsizlik departamentini hədəf alaraq raket hücumu həyata keçiriblər.

Bildirək ki, bu gün Ukrayna mediası daha bir neçə mühüm obyektin raketlə dağıdılması barədə məlumat yayıb.///unikal

Xəbər xətti