Bakıda dörd nəfər dəm qazından zəhərlənib

09:14 - 11 Mart 2022 - HADİSƏ

Bakıda 4 nəfər dəm qazından zəhərlənib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1972-ci il təvəllüdlü Qədimova Xanım Mayıl qızı, 1995-ci il təvəllüdlü Hidayətov Sehran Müşviq oğlu, 1998-ci il təvəllüdlü Bəhrəmli Aytac Mirgabil qızı və onun 2 yaşlı övladı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

 

Xəbər xətti