Makron Ukraynanın Aİ-yə üzvlüyə qəbulundan danışdı

23:09 - 10 Mart 2022 - DÜNYA

Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu proseduruna başlamaq mümkün deyil. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Versalda Aİ liderlərinin sammitindən əvvəl əvvəl jurnalistlərə bildirib. "Bildiyiniz kimi, üç ölkə - Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün rəsmi ərizə veriblər. Biz bu axşam onları müzakirə edəcəyik. Hesab edirəm ki, hazırkı dövrdə diqqətli olmalıyıq. Bu gün müharibə gedən ölkəyə Aİ-yə daxil olmaq üçün proseduru aça bilərikmi? Düşünmürəm”, - Makron qeyd edib.

Xəbər xətti