Ərdoğan Co Baydenlə telefonla danışıb

21:20 - 10 Mart 2022 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

Bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.
Ərdoğan ABŞ Prezidenti Baydenlə danışıq zamanı regional hadisələr, o cümlədən Rusiyanın Ukraynaya hücumu, Türkiyə-ABŞ münasibətlərini müzakirə edib.

Prezident Türkiyə-Rusiya-Ukrayna xarici işlər nazirləri toplantısının Antalyada təşkil edilməsinin də özlüyündə diplomatik bir qələbə olduğunu vurğulayıb.

Xəbər xətti