Sumqayıtda 18 yaşlı qız dəm qazından boğuldu

18:17 - 10 Mart 2022 - HADİSƏ

Sumqayıtda 18 yaşlı qız dəm qazından boğularaq ölüb.

APA-nın xəbərinə görə, hadisə şəhərin "Xəzər bağları" yaşayış massivində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Şamilova Səbinə Xanlar qızı hamamda dəm qazından boğulub.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti