Xırdalanda qadın özünü binadan atdı - VİDEO

17:21 - 10 Mart 2022 - HADİSƏ

Abşeronda intihara cəhd hadisəsi baş verib.

Ucnoqta.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, hadisə Xırdalanda, Köhnə Bazar adlanan ərazidə qeydə alınıb.

Hələlik kimliyi məlum olmayan 30-35 yaşlı qadın yaşayış binalarının birindən özünü atıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qadın təcili yardımla xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

 

Xəbər xətti