Bakıda lüks avtomobilini yol polisinin üstünə sürən şəxs cəzalandırıldı

17:06 - 10 Mart 2022 - HADİSƏ

Bakıda qaydaları kobud şəkildə pozan “Range Rover” sürücüsü cərimələnib. 

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektrou Mübariz Ağayev Avtosfer.az-a açıqlamasında bildirib ki, yayılmış görüntüyə baxış keçirilib:

“Bildirmək istəyirəm ki, martın 8-də paytaxtın Neftçilər prospektində yol hərəkəti qaydasını pozan 90-TG-550 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü törətdiyi xətaya uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb edilib”.

 

Xəbər xətti