Rusiyada qırğızlar və taciklər arasında yemək üstündə kütləvi dava - VİDEO

16:41 - 10 Mart 2022 - DÜNYA

Rusiyanın Amur vilayətində 50-yə yaxın fəhlə yemək üstündə dava edib.

İlkin versiyaya görə, qırğızlarla taciklər arasında münaqişə əlavə paya görə yaranıb.

Şahidlər bildiriblər ki, ərzaq paylayan qırğızıstanlı qadın həmyerlilərinə daha çox pay ayırıb. Bununla bağlı məzəmmət ediləndə isə həmyerliləri onun tərəfində durub, nəticədə münaqişə kütləvi davaya çevrilib: 50 işçi elə yeməkxanada, yemək masaları arasında əlbəyaxa döyüşə başlayıb.

Davadan sonra dörd nəfər xəstəxanaya yerləşdirilib. 10 nəfər isə saxlanılıb, onlar öz vətənlərinə deportasiya ediləcək.///oxu.az

Xəbər xətti