“Onlar bizə dedilər ki, Ukrayna bizimdir, ...” - Lavrov

14:47 - 10 Mart 2022 - SİYASƏT

Biz məsələni diplomatiya yolu ilə həll etmək istəyirdik.

Bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, ABŞ-a təhlükəsizliklə bağlı təkliflər verdiklərini xatırladıb: “Onlar bizə dedilər ki, Ukrayna bizimdir, nə istəsək onu da edəcəyik”.

Lavrov qeyd edib ki, Rusiya silahsızlaşdırılmış bir Ukrayna istəyir: “Biz silahsızlaşdırılmış Ukrayna, dost Ukrayna, rus dilini və mədəniyyətini qadağan etməyən Ukrayna istəyirik”.

XİN başçısı vurğulayıb ki, Qərbin tək istəyi isə Ukraynanı Rusiyaya qarşı qoymaqdır.///apa

Xəbər xətti