Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş başa çatıb.
APA xəbər verir ki, hər iki XİN başçısı ayrı-ayrılıqda mətbuat konfransı keçirir.
12:44
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dmitri Kuleba arasında üçtərəfli görüş başlayıb.
Bu haqda Rusiya XİN sözcüsü Mariya Zaxarova özünün rəsmi Teleqram səhifəsində məlumat paylaşıb.