Ukrayna ordusu daha bir şəhəri azad etdi

08:34 - 10 Mart 2022 - DÜNYA

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Derqaçi şəhərini ruslardan geri ala bilib.

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
"Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz onların həmləsini dəf edərək, əks-hücum əməliyyatına başlayıb", - Sinequbov qeyd edib.

Administrasiya rəhbərinin sözlərinə görə, Rusiya tərəfinin itkiləri arasında 2 tank və 2 zirehli texnika da var.

Ukrayna ordusu itki verməyib.

Xəbər xətti