Çində Covid-19-a yoluxmalar artır

08:28 - 10 Mart 2022 - DÜNYA

Çində ötən sutka koronavirusa 1 114 yeni yoluxma aşkar edilib.

APA-nın xəbərinə görə, bu barədə Çinin Səhiyyə Komissarlığı məlumat yayıb.

Məlumatda göstərilir ki, yoluxma sayı 1 gün əvvəllə müqayisədə 2 fəfə çoxdur. Xəstələrin 277-si xaricdən gələnlərdir. 528 nəfərdə qızdırma və öskürək qeydə alınıb. 526 nəfər simptomsuz xəstədir. Ölkədə ağır vəziyyətdə olan 7 koronavirus xəstəsi var. Yanvarın 25-dən sonra koronavirusdan ölüm qeydə alınmayıb.

Xəbər xətti