Ukrayna Prezidenti ailəsinin harada olması barədə danışıb
08:04 - 10 Mart 2022 - DÜNYA
Ukrayna Prezidenti Volodimir Zelenski ailəsinin harada olması barədə danışıb.
“Report” xəbər verir ki, bu barədə o, Almaniyanın “Zeit” qəzetinə müsahibəsində bəhs edib.
Dövlət başçısı bildirib ki, ailəsi Rusiyanın hücumundan bu günə kimi ölkəni tərk etməyib.
“Mənim ailəm Ukraynadadır. Bu məsələ ilə bağlı əlavə məlumat vermək istəmədiyimi başa düşməyinizi xahiş edirəm”, - Zelenski təhlükəsizlik baxımından bunu sirr saxlayıb.