ABŞ Rusiyaya görə Çin şirkətlərinə qadağa qoyur

07:42 - 10 Mart 2022 - DÜNYA

Vaşinqton Rusiyaya qarşı sanksiyalara qoşulmayan Çin şirkətlərinin ABŞ-dan ixracatına qadağa qoya bilər.APA-nın xəbərinə görə, Rusiyaya yarımkeçiricilər və digər müasir texnoloji vasitələrin tədarükünü davam etdirən şirkətlər Birləşmiş Ştatlardan avadanlıq və proqram təminatı ala bilməyəcəklər. Müvafiq açıqlama ilə ABŞ-ın ticarət naziri Cina Raymondo “The New York Times” qəzetinə müsahibəsində çıxış edib. Onun sözlərinə görə, Çinin mikrosxem istehsalçısı olan “SMIC” konserni artıq nazirliyin qara siyahısına əlavə edilib.

Xəbər xətti