Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Dmitri Kuleba Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları dayandırması və müharibəyə son qoyması ilə bağlı danışıqlar aparmaq üçün Antalyaya gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko "Twitter"də bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 10-da keçiriləcək Rusiya-Türkiyə-Ukrayna XİN başçılarının üçtərəfli görüşündə iştirak etmək üçün Antalyaya gəlib.