"Diskoveri" də Rusiyada yayımını dayandırır

23:47 - 9 Mart 2022 - DÜNYA

Amerikan mediakompaniyası "Diskoveri" (Discovery) 9 mart tarixindən etibarən Rusiya ərazisində özünün kabel telekanallarının yayımını dayandırır.

Bu barədə “Röyters” telekanalı məlumat yayıb.

Şirkət bildirib ki, kanalların yayımının dayandırılmasına səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir.

Qeyd edək ki, “Diskoveri”yə HGTV, "Animal Planet", TLC və "Eurosport" kimi telekanallar daxildir.

Xəbər xətti