Asan Xidmət Mərkəzinin əməkdaşı qaçırıldı

21:21 - 9 Mart 2022 - HADİSƏ

Ağcabədidə Asan Xidmət Mərkəzinin qadın əməkdaşı qaçırılıb.

Hadisə martın 7-də qeydə alınıb.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər xətti