Hacıqabulda yol qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə Udlulu kəndi ərazisində qeydə alınıb. Hibrid tipli minik avtomobilinin aşması nəticəsində Paşalı kənd sakinləri - 1940-cı il təvəllüdlü Ağayeva Raya Azad qızı, 1938-ci il təvəllüdlü Ağayev Ağamoğlan Əliyar oğlu və 1980-ci il təvəllüdlü Babayev Anar Təyyar oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.