Rusiya Donetskə "İsgəndər" raketi atdı

17:12 - 9 Mart 2022 - DÜNYA

Rusiya qoşunları Donetsk vilayətinin Kramatorsk rayonuna "İsgəndər" taktiki raket kompleksini atıb. 

 Ukrayna Milli Polisinin mətbuat mərkəzinin yaydığı məlumatda ilkin olaraq itkilərin olmadığı bildirilib. 

"Bu gün səhər, martın 9-da Kramatorsk istiqamətində Rusiya işğalçı qoşunları "İsgəndər" kompleksindən raket atıblar. Raket vurulub, onun qalıqları Yasnoqorka şəhərinin "Şpıçkinou" stansiyasının ərazisinə düşüb. İlkin məlumata görə, itki yoxdur", - məlumatda deyilir.

 

Xəbər xətti