Kuleba Rusiya-Ukrayna-Türkiyə görüşündən gözləntilərini açıqlayıb

16:08 - 9 Mart 2022 - DÜNYA

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovla keçirilməsi planlaşdırılan görüşdən gözləntilərini açıqlayıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində danışıb.

“Danışıqlardan gözləntilərim məhduddur. Tələblərimiz atəşkəsin təmin olunması və torpaqlarımızın azad edilməsidir. Münaqişənin qeyd-şərtsiz həllini istəyirik", - deyə o qeyd edib.

D.Kuleba bildirib ki, danışıqların nəticəsi həm də Lavrovun Türkiyəyə nə məqsədlə gələcəyindən asılıdır: “Ümid edirəm, o, bu müzakirəyə təbliğat baxımından yox, vicdanla yanaşacaq”.

Qeyd edək ki, sabah, fevralın 9-da Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının üçtərəfli görüşü keçiriləcək.

Xəbər xətti