Qadınların telefonunu oğurlayan şəxs saxlanıldı

13:45 - 9 Mart 2022 - HADİSƏ

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

Ucnoqta.az xəbər verir ki, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakı şəhər sakini L.Hüseynəliyevanın 3000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini N.Səlimov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini E.Abdullayevanın 3000 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.

Xəbər xətti