Ukraynalı samboçu ailəsi ilə birlikdə həlak oldu

10:08 - 9 Mart 2022 - DÜNYA

Sambo üzrə Ukrayna çempionu Artyom Priymenko ailəsi ilə birlikdə həlak olub.

Bu barədə məşqçi Yevgeni Leonenko feysbukda bildirib.

Mütəxəssis Rusiya qoşunlarının Sumı şəhərindəki yaşayış binalarına aviazərbələr endirməsi nəticəsində 16 yaşlı idmançının atası, anası, nənəsi və iki kiçik qardaşı ilə birlikdə dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, bu gecə Sumıya aviabombalar atılıb.///report

Xəbər xətti