Rusiyada azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında həlak olub

09:44 - 9 Mart 2022 - HADİSƏ

Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində 40 yaşlı Azərbaycan vətəndaşı dünyasını dəyişib.

APA-nın məlumatına görə, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

Rusiya mətbuatının yazdığının görə, qəza zamanı iki nəfər dünyasını dəyişib.

M.İbrahimov əslən Quba rayonundandır, ailəlidir 3 övladı var.

 

Xəbər xətti