Bakıda qadın polis bölməsinin həyətində ərini bıçaqladı

00:33 - 9 Mart 2022 - HADİSƏ

Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin həyətində qeydə alınıb. Belə ki, həyat yoldaşı N. J tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəlüdlü N.H. adlı şəxs hündürmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Lakin hüquq mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıra bilib və polis bölməsinə aparıblar. Daha sonra 34-cü polis bölməsinin həyətində N.H ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti