Göygöldə maşın körpüdən aşıb, sürücü xəsarət alıb

22:32 - 8 Mart 2022 - HADİSƏ

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarə etməni itirib. Nəticədə avtomobil körpüdən dərəyə aşıb. Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Zülfiqar Məmmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti