Ukrayna hərbçiləri “Bayraktar” PUA ilə Rusiyanın T-80 tanklarını vurub
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, 128-ci ayrı dağ hücum briqadası "Bayraktar"lardan istifadə edərək düşmən tank taqımını məhv edib. Belə ki, martın 7-də Ukrayna hərbçilərinin mövqelərini atəşə tutan üç rus T-80 tankını relyefə görə vurmaq mümkün olmadığından pilotsuz uçan aparat havaya qaldırılıb.
Təxminən iki kiolometr məsafədən tanklar məhv edilib.