Ukrayna prezidenti Volodimir Zelenski ölkənin NATO-ya daxil olması məsələsinə marağını itirdiyini deyib.
O, bu barədə Amerikanın ABC telekanalına müsahibəsində söyləyib.
Həmin müsahibədə o, Krımın Rusiyanın bir hissəsi, DXR və LXR-in isə müstəqil respublika kimi tanınması məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib.///apa