Dünya Bankı Ukraynaya 723 milyon ayırdı

14:00 - 8 Mart 2022 - DÜNYA

Dünya Bankı Ukraynada iqtisadi vəziyyətin bərpa olunması üçün 489 milyon dollarlıq əlavə paket qəbul edib.

DB-nin mətbuat xidməti paketin 350 milyon dollar kredit və 139 milyon dollar zəmanətdən ibarət olduğunu açıqlayıb.

Bundan başqa, 134 milyon dollar məbləğində qrant maliyyələşdirməsi və 100 milyon dollarlıq paralel maliyyələşdirmə də nəzərdə tutulur. Beləliklə, ümumi dəstək 723 milyon dollar təşkil edir.

Qeyd edilib ki, yardım xəstəxana işçilərinin maaşı, yaşlıların pensiyası və aztəminatlı ailələrin sosial proqramının icrası və s. məsələlərin həllinə imkan verəcək.

Xəbər xətti