Soyğunçuluq edən Bərdə sakinləri saxlandı

12:46 - 8 Mart 2022 - HADİSƏ

Hacıqabul Rayon Polis Şöbəsinə martın 7-də Padar kəndi ərazisində 3 nəfərin İsmayıllı rayon sakini T.Səmədova məxsus fermadan 1 baş qoyunu açıq talama yolu ilə aparmaları barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri T.Vəliyev, E.Əliyev və H.Quliyev müəyyən edilərək saxlanılıb.

Hacıqabul RPŞ-də araşdırma aparılır.

 

Xəbər xətti