Bakıda sərnişin avtobusu qəzaya uğradı - yaralılar var

10:13 - 8 Mart 2022 - HADİSƏ

Bakıda avtobus qəzası baş verib.

Ucnoqta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Qaraçuxur-Hövsan yolunda qeydə alınıb. Məlumata görə, ötən gecə "Azland Plaza" MMC-nin istismarında olan 161 saylı xətt üzrə hərəkət edən 99 MK 631 dövlət qeydiyyat nişanlı avtobus Qaraçuxur-Hövsan yolunda aşıb. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

Xəbər xətti