Avtomobil yolu keçən 3 yaşlı körpəni vurub
09:11 - 8 Mart 2022 - HADİSƏ
Bakıda 3 yaşlı körpəni avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü Vəkilov Əli Telman oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.