Ukraynada FTX-nin agenti saxlanıldı

20:02 - 7 Mart 2022 - DÜNYA

Ukrayna Təhlükəsizlik Xidməti Ukraynada “rus dünyası” ideyalarını təbliğ edən Federal Təhlükəsizlik Xidmətinin agentini saxlayıb.

Bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bundan əlavə, qeyd edilir ki, , o, aşağıdakılarla məşğul idi: ikili təyinatlı mikrobioloji laboratoriyaların axtarışı; Ukraynadakı ictimai-siyasi vəziyyət haqqında məlumatların toplanması; Rusiyaya faydalı informasiya əməliyyatlarının aparılması.

“Agentin təxəllüsü “Qelen”dir, onun kuratoru isə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Şipitsın Aleksandr Vyaçeslavoviçdir. Bu şəxsin Aleksandr Vladimiroviç Şipulin adına sənədləri var və guya Kazan Avrasiya və Beynəlxalq Araşdırmalar İnstitutunda işləyir”, - xəbərdə vurğulanır.

Həmçinin, Ukrayna kəşfiyyatı bu agentin Moskva koordinatorunu da müəyyən edib. Onun Rusiya FTX-nin Operativ İnformasiya Departamentinin 5-ci xidmətinin zabiti Xrustalev Sergey Nikolayeviç olduğu ortaya çıxıb.

Xəbər xətti