Yalnız İnterpolun Baş Assambleyası təşkilatın üzvlüyü ilə bağlı məsələlərdə qərar verə bilər.
Bu barədə İnterpolun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İnterpolun baş katibliyi üzvlüyün dayandırılması, yaxud üzvlüyə qəbulla bağlı qərar vermək səlahiyyətində deyil.
Qeyd edək ki, Britaniya hökuməti Rusiyanın İnterpoldan çıxarılması ilə bağlı təşkilata müraciət ünvanlamışdı.///axar.az